Bu gün Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Unikal.org xəbər verir ki, son oyun günündə "Qarabağ" "Keşlə" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 5-1 hesablı qələbəsi ilə yekunkaşıb.

"Qarabağ"ın 3 qolunu Mahir Mədətov vurub. 21 yaşlı hücumçu oyunun 6, 53 və 78-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Komandanın digər qollarını isə 50-ci dəqiqədə Filip Ozobiç və 55-ci dəqiqədə Abdullah Zubir vurub. "Keşlə"nin yeganə qoluna isə 21-ci dəqiqədə Slavik Alxasov imza atıb.