Bu gün "Vicdan haqqı"nın məşhur cütlüyüaktrisa Ülviyyə Xəlilbəyli və aktyor Murad İsmayılın toyudur.

Unikal.org-un məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisdə hər iki məşhurun həmkarları, dostları və qohumları iştirak edir.

Tədbirdən bəzi görüntülər artıq sosial şəbəkələrdə paylaşılmağa başlanılıb. Qeyd edək ki, noyabrın 26-da Ülviyyənin xına mərasimi olub. Onların nişanı iyulda,nikah mərasimi isə avqustda baş tutmuşdu.