"Arsenalın türk əsilli almaniyalı futbolçusu Məsut Özil haqqında sürpriz transfer iddiası ortaya atılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, son zamanlar "topçuların heyətində ehtiyatda qalan 30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. "İnter almaniyalı futbolçunu heyətinə qatmaq istəyir. İtaliya təmsilçisinin yaxın zamanda "Arsenala rəsmi təklif göndərəcəyi gözlənilir.

Premyer Liqanın son turunda - "Tottenhemlə London derbisində zədə səbəbiylə heyətdə yer almayan Özilin "topçularla 2021-ci ilədək müqaviləsi var. O, bu mövsüm "Arsenal formasıyla iştirak etdiyi 12 oyunda 4 qolla yadda qalıb.

"Arsenal Avropa Liqasının qrup mərhələsində "Qarabağın rəqiblərindən biridir.