İnsan alverində şok anlar
İnsan alverində şok anlar
Birinci və ikinci fazanın detalları

Insan alveri ilə bağlı araşdırmalarımız davam edir və bu dəfə diqqətdən kənar qalan məqamlara və müəyyən qaranlıq məqamlara aydınlıq gətirməyə çalışacağıq. Öncəliklə bir d aha qeyd edək ki, Azərbaycanda insan alveri əsasən 1992-ci ildən geniş vüsət almağa başladı və bu prosesi dayandırmaq sadəcə mümkün deyildi. Həmin illərdə ən acınacaqlı vəziyyət əsasən Gürcüstan, Ermənistan , Rusiya və Azərbaycanda müşahidə edilirdi. Bizi isə əsasən maraqlandıran Azərbaycan olduğundan gəlin real mənzərəyə və qanunverici bazanın formalaşmasına diqqət ayıraq.

Dəhşətli durum
genefonun məfvi

1992-ci ildən etibarən Azərbaycanda insan alverinin geniş yayılması artıq ciddi fəsadlar yaratmağa başlamışdı. Həmin illərdə nələr baş verirdi?
- Azərbaycanın rayonlarından gənc qızların Bakıya axını təşkil edilir, qısa müddətdə paytaxtda normal iş və yaşayışla təmin edilir və gözlənilmədən bu imkanlar itirilir və bunun qarşılığında gənc xanımlar xırda kafelərdə, barlarda işlə təmin olunur. Bu artıq insan alverinə gedən yolun başlanığıcı sayılır.
- Xüsusi qruplar hətta kəndlərdə belə işçi axtarışına başlayır. Yeni ailə qurub və boşanan gənc qızlar vədlərlə aldadılaraq Bakıya gətirilir və diqqəti çəkən qızlar müəyyən şəxslərlə nigaha salınaraq ölkədən kənara çıxarılır.
- Bakı sakinləri olan gənc xanımlar xüsusi qruplar tərəfindən şirnikləndirilərək müəyyən elitar klublara gətirilir, imkanlı şəxslərlə əlaqə yaradılır və fərqli bir mühitə düşürlər. Bir müddətdən sonra isə həmin şəxslər çıxılmaz duruma düşür və nəticə də az qala kölə kimi ortada qalırlar. Bundan sonra isə xüsusi qadınlar onların himayədarına çevrilir və ölkədən kənara çıxarılır. Apardığımız araşdırmalar sübut edir ki, 1995-ci ilə qədər bu cür qurbanlar əsasən Türkiyənin əyalət bölgələrinə İqdıra, Trabzona aparılıb. Həmin qadınlar çox ucuz qiymətə əyalətlərdə müştərilərə təqdim edilir və bəzən bir neçə il o bataqlıqdan qurtula bilmirdilər. 1995- ci ildən isə artıq İstambul, İzmir, Antaliya kimi iri bölgələr ünvan seçilmişdi. Bu haqda sonra.

İranda siğə biznesi

Türkiyə ilə yanaşı İranda artıq ünvan olaraq seçilmişdi və ilkin dövrlərdə bu ölkədə daha dəhşətli olaylar yaşanırdı. Bu isə əslində tam bir faciə idi. Gəlin bir neçə misal çəkməklə durumun nə qədər acınacaqlı olmasına baxaq. İstər İrandan gələn, istərsə də azərbaycanda olan müəyyən qruplar Azərbaycanda gənc qadınları İrana cəlb etməyə başlamışdılar və bu kifayət qədər kütləvi hal almışdı. Ən dəhşətlisi isə bu idi ki, İrana aparılan xanımların böyük əksəriyyəti ailəli idilər və onların İrana getməsinə həyat yoldaşları icazə verirdi. Bu necə baş verirdi? Həmin qrupun üzvləri olan qadınlar gənc ailələrin etibarını qazanır və yoxsulluq həddində olan ailələrin inamını qazanandan sonra geyim əşyalarının alverini etmək üçün evin kişilərindən icazə alaraq gənc xanımları özləri ilə İrana aparır. Və orda bu gənc xanımları yoldan çıxararaq, dinin "əməllərinə" riayyət edərək ,heç bir günah iş görmədiklərini aşılayaraq onlarla İrandakı müştərilərin 2-3 günlük siğələri bağlanılır və bununla müştərilərin xidmətini təmin edirlər. Hətta belə bir faktda ortaya çıxdı ki, 1996-cı ildə bir İran vətəndaşı Bakıya gələrək bir qadının onun arvadı olduğunu bildirdi və ciddi gərginliklər yaşandı. İran vətəndaşının təqdim etdiyi sənədə görə bu qadın həqiqətən də siğə sənədi ilə onun arvadı idi. Amma o həm də bakıda artıq 5 il idi ki, rəsmi nigahda idi. Yəqin ki, insan alverinin ən dəhşətli mənzərəsinin şahidi oldunuz.

Çıxılmaz durum və
həyacan siqnalı

Demək olar ki, 1992-ci ildən Azərbaycanda başlayan insan alveri 2004-cü ilə qədər ciddi şəkildə kök atdı. Artıq Azərbaycan həm insan alveri baxımından tranzit ölkəyə çevrilmişdi, həmdə Azərbaycanın özü insan alverinin hədəfində idi. Dünənə qədər Azərbaycandan yalnız Türkiyə və İrana qadın aparılırdısa, daha sonra Azərbaycan qadınları Səüdiyyə Ərəbistanı, Şərqi Avropa, Avrpanın ən aparıcı ölkələrində görünür və günbə -gün bu kütləvi hal alırdı. Bununla yanaşı artıq Azərbaycandan yalnız gənc qadınlar ixrac olunmur, həmçinin insan orqanalrının qurbanlarının da sayı hər an artır, gən cə ya yeniyetmə oğlan uşaları da qurbanlıq olaraq xarici ölkələrə daşınırdı. Yeri gəlmişkən bu gün ölkədə seksual azlıqlarının sayının həddindən çox artmasının səbəbləri sırasında bunu da axtarmaq vacibdir.

Qanunvericiliyin acizliyi

Həmin vaxtlar ən ciddi problemlərdən biri də bu idi ki, ölkədə ki, qanunvericilik bazası insan alverinə qarşı mübarizəni mütəşşəkil şəkildə həyata keçirtməyə imkan vermirdi. Əslində dünya qanunvericiliyində də bir boşluq mövcud idi və məsələ BMT səviyyəsində müzakirəyə çıxarılmışdı. Nəhayət 2000-ci ildə BMT "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyya qəbul etdi. Bunun məntiqi davamı olaraq "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması , aradan qaldırılması və cəzalandırılması" haqqında protokol,2002-ci ildə isə "İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında" Brüssel Bəyannaməsi imzalandı. Demək olar ki, bununla da dünyada insan alverinə qarşı mübarizədə yaranmış qanun boşluğu aradan qaldırıldı. Azərbaycan isə bundan sonra lazımi addımları atmağa başladı. 2003-cü ilin may ayında bütün beynəlxalq sənədlər Azərbaycan Respublikası tərəfindən qəbul edildi və bununla da Azərbaycanda insan alverinə qarşı ilk dəfə mübarizənin birinci mərhələsi başladı.

İnsan alverinə qarşı
sərt mübarizə

Artıq ölkədə lazımi qanuni aktlar yaradılmışdı və bundan sonra praktik fəaliyyətə keçmə zamanı çatdmışdı. Buna görə DİN-in qarşısına konkret vəzifələr qoyuldu və nazir , general -polkovnik Ramil Usubov, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi daxilində insan alverinə qarşı mübarizə şöbəsi yaratdı. Və çox maraqlıdır ki, bu sahənin həssas olması nəzərə alındı və hazırda nazir müavini olan, general-leytenant Vilayət Eyvazov bu sahəyə rəhbər təyin olundu. Vilayət Eyvazov qısa zaman ərzində gənc və peşəkar kadrlardan ibarət ciddi bir komanda yarada bildi. Fəaliyyət zamanı isə konkret plan işlənildi və bir neçə istiqamət priroritet sahə elan edildi. Beləliklə
1. Ölkədə insan alverinin hədəfinə çevrilə bilinəcək kontingentin müəyyənləşməsi
2. Xarici ölkələrə qadın və uşaqların daşınması marşurutlarının müəyyənləşməsi
3. Mütəşəkkil qrupların aşkarlanması
4.Xarici ölkələrdə ki, himayədar mərkəzlərin müəyyənləşdirilməsi
5.Marifləndirmə işlərini gücləndirməklə prosesin kütləvililiyin qarşını almaq.
Artıq buna uyğun olaraq nəticələr ortaya çıxdı. Və aydın oldu ki, aparılan mübarizə daha geniş formatlı olmalıdır və Azərbaycanın hədəf olaraq göstərilməsi durdurulmalıdır. Bunu da qeyd edək ki, bu gün Azərbaycan possovet ölkələri sırasında ilk yerlərdə durur ki, bu ölkədə insan alverinə qarşı mübarizə daha səmərəli nəticələr verdi və bu gündə mütəşəkkil fəaliyyət davam edir. Nəhayət görülən işlərin bir reallığıda ortaya çıxartdı. Artiq isan alverinə qarşı mübarizənin ikinci fazaya keçməsi üçün daha geniş formatlı addım atılmalı idi və atıldı.
2006-cı ildə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradıldı, İnsan Alverinə Qarşı Milli Kordinator təyin edildi. Beləliklə uzun müddət insan alverinə qarşı mübarizə sahəsinə rəhbərlik edən Vilayət Eyvazov milli kordinator təyin olundu.
Həmçinin Milli Fəaliyyət Planı təsdiqləndi. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu qeyd edərək;
İnsan alverinin insan hüquqlarını pozduğunu, insan ləyaqəti ilə bir araya sığmadığını və insanların həyatı üçün ciddi təhlükə yaratdığını nəzərə alaraq;
İnsan alveri ilə bağlı fəaliyyəti qətiyyətlə pisləyərək və ona qarşı səmərəli mübarizəni ən yüksək səviyyədə təşkil etmək niyyətində olaraq;
İnsan alverinin qarşısının alınması və onunla mübarizə aparılması sahəsində beynəlxalq səylərdə fəal iştirak edilməsinin və insan alveri qurbanlarının müdafiəsinin təmin edilməsinin zəruriliyini qeyd edərək;
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edildiyini nəzərə alaraq;
Azərbaycan Respublikası İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı qəbul edilir.
(ardı var)

P.S. Konkret faktlar, mövcud problemlər gələn sayımızda.

Eldəniz Elgün