"Barselonanın baş məşqçisi Ernesto Valverde "qızıl top mükafatını qazana bilməyən Lionel Messi haqqında açıqlama verib.

Unikal.org İspaniya mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis argentinalı futbolçunun "qızıl top mükafatının sıralamasında 5-ci yer tutmasına sərt reaksiya göstərib:

"Hamının bu mövzuda bir fikri var. Luka Modriçi təbrik edirik, amma bu sıralama çox axmaqcadır.

"Barselonanın hücumçusu Lionel Messi 12 il sonra ilk dəfə "qızıl top mükafatının sıralamasında ilk 3-lükdən kənarda qalıb.