25 Mart 2019
Sonuncu dəfə cənab prezidentlə görüşdü... - Fərman Salmanovun ailəsi DANIŞDI (FOTO)
Sonuncu dəfə cənab prezidentlə görüşdü... - Fərman Salmanovun ailəsi DANIŞDI  (FOTO) CƏMİYYƏT 16:00 2018-12-05

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. Bu, "Rusiyanın dahi adları layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.

Fərman Salmanovun Şəmkirdə yaşayan bacısı qızı Kəmalə Hüseynova Unikal.org-a açıqlamasında Surqut hava limanına azərbaycanlının adının verilməsini sevindirici hadisə adlandırıb:

"Səsvermədə azərbaycanlılarla yanaşı, ruslar və digər xalqlar da iştirak edirdi. Həmyerlilərimizə göstərdiyi fəallığıa görə Salmanovlar adından minnətdarlığımızı bildirirəm. Dünən bu sevincli xəbəri eşidən kimi Fərman müəllimin Rusiyada yaşayan həyat yoldaşı Tamara Vasiliyevnanı və övladlarını təbrik etdik. Bu bizim ailə üçün, eləcə də Azərbaycan xalqı adına qürurverici haldır".

Kəmalə Hüseynova həmçinin Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanovun ölənə qədər Azərbaycanla bağlı olduğunu, Bakıya, Şəmkirə gəldiyini bildirib:

"Dayım Rusiyada yaşayanda da bizimlə əlaqə saxlayırdı. O, ölkəmizi sevirdi, öz doğmaları ilə əlaqəni kəsmirdi. Axırıncı dəfə 2006-ci ildə Azərbaycana gəlmişdi. Həmin vaxt cənab prezident İlham Əliyev onu qəbul etdi. Dayımgil ailədə üç uşaq; iki qardaş, bir bacı olublar. Fərman müəllimin bacısı, yəni anam Amura Salmanova dünyasını dəyişib. Qardaşı Mais Salmanov xanəndə idi, o da vəfat edib. İndi onun dünyaya gəldiyi evdə biz yaşayırıq. Fərman müəllimin övladının biri Bakıda yaşayırdı.Onun adı İlqar idi. O, Bakı Dəniz Limanında işləyirdi və o vaxtsız dünyasını dəyişdi. Digər oğlu Alik Salmanov Moskvada yaşayırdı, o da rəhmətə gedib. Fərman müəllimin həyat yoldaşı Tamara Vasiliyevna Rusiyada yaşayır. O, nəvələri ilə birgə Moskva şəhərində qalır. Digər oğlu İlya Salmanov Rusiyada yaşayır, dövlət xəstəxanasında baş həkim işləyir. Onun qızı Tatyana Omsk şəhərində olur. Fərman Salmanovun nəvələri hamısı böyükdür, ailəlidirlər. Övladlarından dayımın sahəsini davam etdirən yoxdur. Yalnız onun qardaşı Mais Salmanovun oğlu Əhmed neft sahəsində çalışır. Onun övladları, ailəsi ilə əlaqələrimiz var. Onlar bura gəlir, biz Rusiyaya gedirik. Tez-tez əlaqə saxlayıb telefonla danışırıq. Fərman müəllim rəhmətə gedəndə hökümətimiz də, biz də onu Şəmkirdə dəfn etmək istəyirdik. Amma, o, öz vəsiyəti ilə Moskvada oğlunun yanında torpağa tapşırıldı".

Famil Fərhadoğlu

  • Sonuncu dəfə cənab prezidentlə görüşdü... - Fərman Salmanovun ailəsi DANIŞDI  (FOTO)