25 May 2019
Sabah Polşada Azərbaycan Ticarət Evi açılacaq
Sabah Polşada Azərbaycan Ticarət Evi açılacaq İQTİSADİYYAT 18:02 2018-12-05

Sabah Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılacaq.

Unikal.org xəbər verir ki, açılış mərasimində iştirak etmək üçün iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev və digər rəsmi şəxslər Polşaya yola düşüb.

Qeyd edək ki, hazırda Azərbaycanın Rusiya, Belarus, Ukrayna, Latviya və Çində ticarət evləri fəaliyyət göstərir.