20 Aprel 2019
19 Aprel 2019
Bakıda daha bir süpürgəçini maşın vurdu - VƏZİYYƏTİ AÄžIRDIR
Bakıda daha bir süpürgəçini maşın vurdu   - VƏZİYYƏTİ AÄžIRDIR HADİSƏ 09:16 2018-12-06

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan  verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.