Bakıda bir vətəndaş piyadalar üçün nəzərdə tutulmayan yüksək sürətli yolda qəza şəraiti yaradıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın əsas yollarından olan aeroport şosesində axşam saatlarında bir nəfər maksimum 120 km sürət nəzərdə tutulan yolda piyada gəzərək özünün və sürücülərin həyatını təhlükəyə salıb.

Qeyd edək ki, görüntülərdən də məlum olur ki, piyadanın gəzdiyi ərazinin yaxınlığında piyada keçidi var.

Famil Fərhadoğlu