25 May 2019
İlham Əliyev Rusiyaya getdi
 İlham Əliyev Rusiyaya getdi SİYASƏT 17:42 2018-12-06

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Unikal.org xəbər verir ki, dövlət başçısını Sankt Peterburq şəhərindəki Pulkova 1 hava limanında şəhərin vitse-qubernatoru Nikolay Bondarenko, xarici əlaqələr komitəsinin nazir statuslu sədri Yevgeniy Qriqoryev və digər rəsmi şəxslər qarşladılar.