20 Aprel 2019
19 Aprel 2019
Qazaxda piyadanı vuran sürücü saxlanıldı
Qazaxda piyadanı vuran sürücü saxlanıldı HADİSƏ 18:43 2018-12-06

Qazaxda piyadanı vuran sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, dekabrın 5-də saat 20 radələrində Qazax rayonunun Çaylı kəndi ərazisində yolu keçən Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.

Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "VAZ-21074 markalı avtomobilin sürücüsü rayon sakini Elsevər Musayev saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.