Gürcüstan parlamenti Kutaisidən paytaxt Tbilisiyə köçürüləcək.

Unikal.org xəbər verir ki, bu barədə parlamentdə yeni reqlament barədə sənəd qəbul olunub. Deputatlardan 77-si sənədin lehinə, 2 nəfər isə əleyhinə səs verib.

Sənədə əsasən, parlamentin sessiyası digər yerdə yalnız qanunverici orqanın Tbilisidəki binasının hansısa səbəbdən fəaliyyət göstərməməsi halında mümkün ola biləcək.

Qeyd edək ki, yeni reqlament prezidentin andiçmə mərasimindən sonra qüvvəyə minəcək.