Gürcüstanın yeni prezidenti Salome Zurabişvili Azərbaycan mediasına ilk müsahibəsini Real TV-yə verib.

Unikal.org xəbər verir ki, tanınmış jurnalist Mir Şahin Tiflisdə yeni prezidentlə görüşüb və ondan müsahibə alıb.

Salome Zurabişvili bildirib ki, Azərbaycan Gürcüstan üçün əsas tərəfdaşlardan biridir və bu nəinki bizim regionumuzda belədir, hətta beynəlxalq səviyyədə, beynəlxalq arenada da bu cür çıxış edirlər.