25 May 2019
Mercedes qaz xəttinə çırpıldı - sürücü öldü
Mercedes qaz xəttinə çırpıldı - sürücü öldü HADİSƏ 23:10 2018-12-06

Masallı rayonunda yol qəzası baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Öncəqala kəndi ərazisində olub.
Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Müşviq Səməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı qaz xəttinə çırpılıb.

Hadisə nəticəsində ağır xəsarət alan M.Məmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.