Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Biləsuvarda vətəndaşları qəbul edib. Saat 10.00-da, Gənclər evində baş tutan qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak ediblər.

GİN-in mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, 30-a yaxın vətəndaşın qatıldığı görüşdə müraciətlər, gənclər, idman və digər sahələri əhatə edib.

Gənclər sahəsi ilə bağlı müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılmasına dəstək göstərilməsi, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.

Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və s mövzular idman sahəsi üzrə edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.