12 Dekabr 2018
Lazarevin kökü ermənidir - Spiker
SİYASƏT 12:34
  • A

"Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulin barəsində çox şey demək olar. Zatulin Dövlət Dumasını üzvü olmazdan öncə də Azərbaycana qarşı düşmən mövqe tutan insanlardan biri idi. O, həmişə erməni diasporunun dəstəyi ilə çalışıb. Parlamentə seçildiyi regionda da erməni diasporu ona dəstək verib.

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib, "Lazarev klubunda bir neçə rusiyalıdan başqa, erməni mənşəlilər təmsil olunurlar: "Lazarevin kökü də ermənidir. O vaxt Azərbaycanda qırğınları törədənlərdən biri olub. Belə cılız hərəkətlərlə Azərbaycan-Rusiya münasibətlərini poza bilməzlər. Mən artıq Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək.