Bakıda məktəblilərin olduğu avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Unikal.org-un məlumatına görə, bu gün səhər saatlarında Qobu qəsəbəsində qəzaya uğrayan avtobusda 10 şagird və bir neçə valideyn olub. Onlardan 2004-cü il təvəllüdlü Əsgərov Mehman Cəbrayıl oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Nümunə Əlikram qızı və 1952-ci il təvəllüdlü Əkbərova Zöhrə Niftalı qızı ciddi xəsarət aldığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti ilə bağlı xəstəxanadan bildirilib ki, hər üç şəxs kəllə-beyin travması ilə daxil olub. Şagirdin (Əsgərov Mehman Cəbrayıl oğlu) vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.