22 May 2019
21 May 2019
Siyavuş Novruzov azərbaycanlı iş adamlarını TƏNQİD ETDİ
Siyavuş Novruzov azərbaycanlı iş adamlarını  TƏNQİD ETDİ SİYASƏT 12:57 2018-12-07

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını tənqid edib.

Unikal.org-un xəbərinə görə, S.Novruzov onları fəaliyyətsizlikdə itiham edib: "Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var. Bu münasibətlərdən ən çox bəhrələnən kimdir? Rusiyada bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılar. Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır?

Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər.

Rusiyada azərbaycanlılara qarşı hər hansı polis hücumu, başqa hərəkətlər yoxdur... Əksinə, orada onlar "Milyarderlər İttifaqı yaradır, anti-Azərbaycan mövqeyi tuturlar. Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstyərior, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir.