17 İyun 2019
16 İyun 2019
Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ
Penitensiar xidmətin əsgəri  özünü    GÜLLƏLƏDİ HADİSƏ 13:18 2018-12-07

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.