Abşeron rayonu Masazır və Məhəmmədi qəsəbələrində, eləcə də Xırdalan şəhərinin bəzi hissələrində əvvəllər yaranmış qısa fasilələr tam aradan götürülərək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunublar.

"Azərışıq" ASC-dən Unikal.org-a daxil olan məlumata görə, Masazır və Məhəmmədi qəsəbələrinin əhali istehlakçı qruplarının elektrik enerjisi təchizatının dayanıqlı və keyfiyyətli olması ilə əlaqədar yeni inşa olunmuş 35/10 kV-luq "Məhəmmədi və "Masazır yarımstansiyalarından adıçəkilən qəsəbələrin əlaqələndirici xəttləri yenilənib.

Məhəmmədi qəsəbəsinin 2 mindən çox, Masazır qəsəbəsinin isə 4 mindən çox istehlakçıları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunublar.

Yeni Saray, Mehdiabad və Ceyranbatan qəsəbələrində də yeni inşa olunmuş 35 kV-luq yarımstansiyalardan əlaqələndirici xəttlər yenilənir və nəticədə əvvəllər yaranmış qısa fasilələr tam aradan götürüləcək, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enejisi ilə tam təmin olunacaqlar.