Aparıcı Azər Zahidin sosial şəbəkədə yayımladığı foto müzakirələrə səbəb olub.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, aparıcı ayağının fotosunu yayımlayıb. Avtomobildə çəkilən şəkildə Azər ayağının altına ATV-nin loqosunu qoyub. O, şəklə "Biz dünyaya qışqıraraq gəlirik, səs-küylə ölürük. Həyatda yaşadığımız zaman nə etməliyik? Əlbəttə ki, deyib-gülmək, keyf etməliyik" sözlərini yazıb.

Azərin bir vaxtlar çalışdığı kanalın loqosunu ayağının altına qoyması birmənalı qarşılanmayıb, hörmətsizlik kimi qəbul edilib. Eyni zamanda aparıcı uzun müddətdir sözügedən kanalda işdən çıxarılsa da, hələ də avtomobilində ATV-nin loqosunu gəzdirir.

Əldə etdiyimiz məlumata görə, A.Zahid bir müddət əvvəl yeni layihə ilə kanala müraciət edib. Amma onun layihəsi və yenidən kanalda çalışması qəbul olunmayıb.

Qeyd edək ki, Azər "Yoxlama" verilişində yaşanan qalmaqallara görə kanaldan uzaqlaşdırılmışdı.