İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusunun adı məlum olub.

Unikal.org xəbər verir ki, "Realın fransız forvardı Kərim Benzema ötən ayın ən yaxşı futbolçusu seçilib. Benzema İspaniyanın "Marca nəşrinin azarkeşlər arasında keçirdiyi sorğu nəticəsində bu ada layiq görülüb.

Fransalı futbolçu noyabrda meydana çıxdığı 4 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.