Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 7-də saat 1 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi "VAZ-21074 markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel markalı avtomobilə vurub. Nəticədə "VAZ-21074 markalı avtomobilin sürücüsü hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.