Bələdiyyə binasına girən keçmiş polis komandiri polis müdiri və 2 polis zabitini vurub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Adanada baş verib.

Belə ki, Adanın Mərkəz Çukurkova bələdiyyəsi binasına girən silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə səhiyyə işçiləri və polis əməkdaşları cəlb olunub. Daha sonra çölə çıxıb başına silah dayayayaraq intihara cəhd edən şəxs polis əməkdaşları tərəfindən razı salını və nəzarətə alınıb.