Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan Çex Respublikasının paytaxtı Praqa şəhərində saxlanılıb.

Unikal.org-un Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, ötən gün yerli polisin və interpolun birgə fəaliyyəti nəticəsində ələ keçib.

N.Sarqsyan saxlanılarkən qanun keşikçilərinə Quatemala vətəndaşı Franklin Qonsales adına saxta pasport təqdim edib.