"Facebook" şirkətinin yeni təcrübəsi satıcılara öz məhsullarını canlı yayım formatında nümayiş etdirməyə imkan verəcək.

Unikal.org
technote-yə istinadən xəbər verir ki, hazırda yeni funksiya Taylandda sosial şəbəkənin ayrı-ayrı səhifələrində test olunur.

Həmin səhifələrin abunəçiləri isə canlı yayımlar barəsində bildirişlər əldə edə və canlı yayım zamanı aktiv olan şərh bölməsində məhsulla bağlı öz suallarını verə bilərlər. Əgər satıcı tərəfindən təqdim edilmiş məhsul təklifi istifadəçinin diqqətini cəlb etsə, istifadəçi sadəcə olaraq məhsulun əks olunduğu ekranın fotosunu çəkərək messencer vasitəsilə satıcıya göndərə bilər. Məhsulun alışında ödəniş prosesi də elə messencer vasitəsilə reallaşdırılır. Servis ödənişlərin göndərilməsi və qəbulu üzrə komissiya əldə etməyəcək.

Test mərhələsi üçün Taylandın seçilməsi heç də təsadüfi deyil. Belə ki, sosial şəbəkənin Taylandda aktiv bazar istifadəçisi çoxdur. Bu fuksiyanın digər ölkələrdə də təqdim edilib-edilməyəcəyi hələlik məlum deyil.in aprelində Vyanada keçiriləcək.