Yaponiyanın şimal-şərqdində 5,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Fukusima prefekturasında olub, ocaq 40 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində xəsarət alanlar, dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.