"Barselona qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyə hazırlaşır.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsinin müdafiəçisi Andreas Kristensenin xidmətində maraqlıdır. Bu barədə İspaniyanın "Diario Sport nəşri məlumat yayıb.

"Barselonanın qış transfer pəncərəsi dövründə 22 yaşlı futbolçu üçün "Çelsiylə danışıqlara başlayacağı gözlənilir. Danimarkalı futbolçunun "zadəganlarla 2022-ci ilə qədər müqaviləsi var.

Kristensen cari mövsümdə 8 qarşılaşmada forma geyinib. O, 23 dəfə də Danimarka millisinin şərəfini qoruyub.