Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəməni qərarı ilə həbs edilib və Yerevandakı "Kentron həbsxanasında saxlanılır.

Unikal.org xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan "Azadlıq radiosunun erməni redaksiyasına bildirib.

Qeyd edək ki, R.Köçəryan konstitusiya quruluşunu dəyişmək üçün başqa şəxslərlə qabaqcadan əlbir olmaqda ittiham olunur. İyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin mart hadisələrində törədilən cinayətə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul etmişdi. Sonradan Apellyasiya məhkəməsi bu qərarı ləğv etmiş və səbəb kimi Köçəryanın "toxunulmaz şəxs olduğunu göstərmişdi. Lakin dünən eks-prezidentin vəkili onun yenidən həbs edildiyini xəbər verib.