Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi "Mercedes markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub. Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.