Gəncədə qətl törədilib.

Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhərində yaşayan, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Elvin Vidadi oğlu Katibli bıçaqlanmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

E.Katiblinin kim tərəfindən və hansı səbəbdən qətlə yetirildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.