Gəncə Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Vəfa Nizami qızı Abbasova İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, V.Abbasova bundan öncə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.