“Barselona”nın futbolçusu Lionel Messi özünə şəxsi təyyarə alıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, argentinalı forvard 2004 model “Gulfstream” adlı təyyarəyə 15 milyon dollar ödəyib.

16 oturacağı, 2 tualet və 2 mətbəx olan təyyarənin arxa qismində Messinin forma nömrəsi olan 10 rəqəmi yazılıb.

Təyyarənin pilləkənlərində isə 31 yaşlı futbolçunun ailə üzvlərinin adı yazılıb.