Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Unikal.org
 FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan Nenikova Raisa Zaxarovnanın (təvəllüdü dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.