"Ermənistan Qarabağa dair ilkin şərt olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırdır"
Unikal.org
 xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib.

“Biz hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar Ermənistanla diplomatik əlaqələri kəsib. İki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır.