İsrailin təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza sektorunda anklavın şimalındakı sahil zonasında toplaşan 11 fələstinli güllə yaraları alıb. Dəniz blokadasının aradan qaldırılması üzrə sayca on səkkizinci olan bu aksiya sakinlər tərəfindən mayın 29-dan keçirilir. 

Qeyd edək ki, ötən həftə Qəzza zolağının şərq sərhədində İsrail sərhədçiləri ilə toqquşmalar nəticəsində 33 fələstinli xəsarət alıb.