Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

İcra hakimiyyətindən Unikal.org-a verilən məlumta görə, hazırda aparılan söküntü işləri çərçivəsində park yenidən qurulacaq:

Bildirilib ki, ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyun zalları, çayxanalardan ibarət olacaq.

Qeyd edək ki, söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib.  Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

FOTO: Zaur Səfərov 

Müxbir: Famil Fərhadoğlu