Bakıda maşın yanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində hərəkətdə olan "BMW"  markalı avtomobil alışıb.

Maşının yandığını görən sürücü avtomobilini saxlayaraq maşından düşüb. Hadisə yerinə çağrılan FHN-nin yanğınsöndürmə briqadaları yanğını söndürüblər. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Famil Fərhadoğlu