Türkiyə Böyük Millət Məclisində (TBMM) sadəcə millətvəkillərinə xidmət edən “TBMM Üzvləri Lokantası”ndakı yeməklərin qiymətləri reaksiyaya səbəb olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qiymətlər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük reaksiyaya səbəb olub. 
Sosial şəbəkədə paylaşılan restorana aid qəbzdə dana qovurması ilə pilovun 1 posiyası 6 TL (təxm: 3manat), şorbanın qiyməti 1 TL (0.50 qəpik) olduğu görünür. Ümumi hesab isə cəmi 28 TL (təxm: 14 manat) olub. 
İki nəfərlik şəxsə aid olan qəbzdə şirniyyatların 1 və 5 tl-yə satıldığı da diqqətlərdən qaçmayıb. 
Bu da sadə vətəndaşların narazılığına səbəb olub.