Azərbaycanda satışa çıxarılan “Qaz 24” markalı minik avtomobilinin qiyməti hər kəsin marağına səbəb olub.

Unikal.org a24.az-a istinadən xəbər verir ki, elan saytlarının birində satışa çıxarılan “Volqa” maşınının buraxılış ili 1988-ci il olsa da, görünüşcə heç də yeni avtomobillərdən fərqlənmir. 30 yaşlı “Volqa” bu günə qədər cəmi 63 min 433 km yürüş edib. 100 at gücündə olan nəqliyyat vasitəsinin mühərrik həcmi 2400 sm³-dir. Amma avtomobilin satış qiyməti müştərilərin marağına səbəb olsa da, istehsal ili alıcılar arasında çaşqınlıq yaradıb. Sözügedən “Volqa” nə az, nə çox – düz 50 min dollarla müştərilərinin yolunu gözləyir.