Ukrayna Dövlət Fiskal Xidmətinin keçmiş sədri Roman Nəsirov yenidən vəzifəsinə bərpa olunub.

Unikal.org qafqaiznfo-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnzibati Dairə Məhkəməsi qərar qəbul edib. Bununla bağlı ictimaiyyətə açıqlamanı Nəsirovun vəkili Lyubomir Drozdovski verib. Roman Nəsirov bu gündən vəzifəsinin başına keçib. 

Xatırladaq ki, 2017-ci ilin martında Ukrayna Dövlət Fiksal Xidmətinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinərək haqqında iki ay müddətinə həbs-qətiimkan tədbiri seçilmişdi. O, martın 16-da alternativ olaraq 100 milyon qriven girov qoymaqla azadlığa çıxmışdı.