Kanadanın keçmiş diplomatı Maykl Kovriq Çində saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda onun harada olması və hansı səbəbdən saxlanılması barədə açıqlama verilməyib. Çin tərəfi bu barədə hər hansı məlumat yaymayıb.

Maykl Kovriqin Şimal-Şərqi Asiya üzrə baş məsləhətçi olduğu Beynəlxalq Böhran Qrupu onun yerini müəyyənləşdirməyə çalışır.

İddia edilir ki, sabiq diplomatın həbsi Çinin “Huawei” şirkətinin maliyyə direktoru Men Vanconun Kanadada saxlanılmasına cavab addımıdır.