Misir hökuməti Fransada keçirilən etiraz aksiyaları ilə əlaqədar ölkə ərazisində "sarı jilet" satışını qadağan edib.
Unikal.org  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı mağazalara tapşırıqlar verilib.

Bildirilib ki, Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq üsyanının (2011-ci ildə baş verib) ildönümü ərəfəsində Fransadakı etirazların simvolu hesab edilən "sarı jilet"in satışına qadağa qoyulub.