Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi “VAZ- 21074” markalı "10-OF-694" dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahimqızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub.