16 Sentyabr 2019
“Biz vergini sizə görə azaltmışıq…” – Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO)
“Biz vergini sizə görə azaltmışıq…”– Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı (VİDEO) VİDEO 15:15 2018-12-12

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Bill Klinton ulu öndər Heydər Əliyevlə görüşünün videosunu yayımlayıb.

Unikal.org xəbər verir ki, Bill Klinton 1 avqust 1997-ci ildə prezidentlik dövründə Azərbaycanın sabiq prezidenti, ulu öndər Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bill Klinton həmin qəbulun görüntülərini  adına olan rəsmi sosial şəbəkədə paylaşıb. 

Paylaşımda isə belə qeyd edib: “Bu mənim Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşümdən görüntülərdir. Bu görüntülər Ağ Ev-də çəkilib və hazırlanmış rəsmi ictimai qeyddir”.

Görüntülərdə isə Bill Klintonla Heydər Əliyevin vergi ilə bağlı zarafatı xüsusi diqqət çəkib. Belə ki, ABŞ şirkətlərinin Azərbaycana investisiya cəlb edilməsi üçün Heydər Əliyev Bill Klintonla ayaq üstü söhbət edib. Bu zaman Bill Klinton zarafata, gülüşlə Azərbaycanda verginin çox olduğunu dilə gətirib. H.Əliyev isə cavab olaraq belə deyib: “Yox. Biz vergini sizə görə azaltmışıq. Sizi həvəsləndirmək üçün...”.
Həmin görüntüləri sizlərə təqdim edirik: