Bakı metrosunun “Gənclik” stansiyasında dava düşüb.

Unikal.org-un oxu.az-a istinadən məlumatına görə, hadisə saat 18:37-də baş verib. 

Bir neçə nəfər naməlum səbəblərdən dava edib və stansiyada sıxlıq yaşanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib. 

Onun sözlərinə görə, qatara minən və düşən sərnişinlər arasında mübahisə düşüb:

“İki sərnişin mübahisə edib. İnsident böyüdüyü üçün metropoliten işçiləri və polis əməkdaşları vəziyyətə müdaxilə edib. Sərnişinlər hazırda ifadə verir. Daha ətraflı məlumat veriləcək”.