Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turunun oyunlarına start verilib.

Unikal.org  xəbər verir ki, ilk oyun günündə 8 görüş keçirilib.

Türkiyə təmsilçisi "Qalatasaray" öz meydanında "Portu"nu qəbul edib. İstanbul klubu bu görüşdə məğlub olsa belə, Avroliqaya vəsiqəni təmin edib. Buna qrupun digər matçında "Lokomotiv"in "Şalke" ilə səfər oyunundan məğlub olması şərait yaradıb.

B qrupunda "Barselona" "Tottenhem"i sınağa çəkib. Qrupun digər matçında "İnter" PSV ilə qarşılaşıb. Hər iki oyun 1:1 hesabıyla başa çatıb. Nəticədə, "Barselona" və "Tottenhem" 1/8 finala yüksəlibsə, "İnter" Avropa Liqasına vəsiqə ilə kifayətlənib.

Günün maraqla gözlənilən qarşılaşması C qrupunda olub. "Liverpul" "Napoli" ilə münasibətlərinə aydınlıq gətirib. Liverpullular minimal hesabla qalib gəlib. Qrupun digər matçında PSJ səfərdə "Srvena Zvezda"ya qalib gəlib. Yekunda PSJ və "Liverpul" növbəti mərhələyə yüksəlib, "Napoli" isə Avroliqaya yollanmaq məcburiyyətində qalıb.

Bu gün isə qrup mərhələsinin oyunlarına yekun vurulacaq. 6-cı turun sonuncu oyun günündə 8 qarşılaşma keçiriləcək.

Turnirin son qalibi "Real" İspaniyada ÇSKA-nı sınağa çəkib. Madrid təmsilçisi doğma meydanda darmadağına üzülüb. Qrupun digər matçında isə "Viktoriya" (Plzen) "Roma"nı qəbul edib və qələbə qazanıb. İspanlar və italyanlar öncədən növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Digər iki komanda isə bu turda Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparıb. Hər iki kollektiv son turda qələbə qazansa da, Avroliqaya vəsiqə Çexiya təmsilçisinə qismət olub.

Günün maraqla gözlənilən qarşılaşması F qrupunda olacaq. Növbəti mərhələyə iddialı iki komanda üz-üzə gələcək. Ukrayna "Şaxtyor"u evdə "Lion"u məğlub edərək, pley-offa yüksəlməyə çalışacaq. Fransızlara isə növbəti mərhələ üçün ən azı bir xal bəs edir. 1/8 finalı daha öncədən təmin edən digər komanda "Mançester Siti" "Hoffenhaym"la münasibətlərinə aydınlıq gətirəcək. (komanda.az)