Abşeron rayonunun Masazır qəsəbəsində yeniyetmə qız itkin düşüb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, qəsəbənin Nizami küçəsində fərdi evdə yaşayan, 2002-ci il təvəllüdlü Şükürova Ramilə Ramin qızı dekabrın 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumata görə, R.Şükürova sonuncu dəfə həmin gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Moskva prospektində görünüb.

Faktla bağlı araşdırma aparılır.