PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide Mavi orkide Beyaz orkide Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək - Unikal.org
21 Fevral 2019
20 Fevral 2019
Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək
Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşəcək CƏMİYYƏT 10:18 2018-12-13

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 14.12.2018-ci il tarixində saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Unikal.org xəbər verir ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur)  əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Bunun üçün:

Biləsuvar rayonunda                025 2951335
Cəlilabad rayonunda                025 2452248
Salyan rayonunda                     021 2550615
Neftçala rayonunda                  021 2633628
Cəbrayıl rayonu  üzrə               026 3843899

nömrəli telefonlara zəng etmələri xahiş olunur.