Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıblar. 

Bu barədə Unikal.org-a DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Belə ki, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. 

Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb.

Araşdırma aparılır.